Krossvord beyninizə nə qədər fayda verir? - ARAŞDIRMA
Sağlamlıq
Krossvordlar haqqında düşünərkən, bir çox insan bunu sadəcə vaxt keçirmək üçün bir vasitə olaraq qəbul edir. Bununla belə, krossvordların bir çox əsaslı faydaları var.
News24.az xəbər verir ki, tədqiqatlar krossvord həll etməyin stressi aradan qaldırmağa, intellektual rifahı yaxşılaşdırmağa, yeni (və ya ixtisaslaşmış) dil öyrənməyə və daha çox şeyə kömək edə bildiyini göstərib. Krossvordlar həm uşaqlar, həm də böyüklər üçün faydalıdır.
"Harvard Medical School" krossvordlarda bağlı xüsusi araşdırma təqdim edib. Araşdırma 62 - 80 yaş arası insanlarla 18 ay müddətində davam edib və maraqlı nəticələr əldə edilib. İştirakçıların hamısında yüngül idrak pozğunluğu olduğu üçün onların düşüncə və yaddaşının sağlam yaşlı yetkinlərlə müqayisədə daha zəif olduğu müəyyən edilib.
Tədqiqat iştirakçıları 12 həftə ərzində həftədə dörd dəfə 30 dəqiqəlik seanslarla krossvord həll ediblər.
Nəticədə 70 ballıq şkala üzrə ilkin göstəriciləri ilə müqayisədə, krossvordlar iştirakçıların idrakını 12-ci həftədə təxminən bir, 78-ci həftədə isə təxminən yarım bənd yaxşılaşdırıb. Bu nəticə çox az görünsə də, lakin "Alzheimer" xəstəliyi olan insanlarda düşüncə və yaddaşı yaxşılaşdıran dərmanlar üçün FDA-nın (ABŞ Qida və Dərman İdarəsi) təsdiqi bu miqyasda iki ballıq fərqə əsaslanıb. Əslində, krossvordla məşğul olanların 37%-i ən azı iki ballıq yaxşılaşma göstərib. Bu, o deməkdir ki, krossvord təfəkkürü FDA tərəfindən təsdiqlənmiş yaddaşı gücləndirən dərmanlar qədər yaxşılaşdıra bilər.
Başqa bir məsələ də odur ki, yüngül koqnitiv pozğunluğu olan insanların təxminən yarısı zaman keçdikcə düşüncə və yaddaşda azalma müşahidə edir. Beləliklə, 12 və 78-ci həftələrdə idrakın yaxşılaşması olduqca təsiredici faktdır.
Krossvord həll etməyin faydaları saymaqla bitməz.
- Birincisi, krossvord həll etmək idrak və beyin sağlamlığı üçün faydalıdır.
- İkincisi, düzgün sözü axtararkən beynin bir çox bölgələrini aktivləşəcək. Üstəlik, krossvord ipuçları sizi çox vaxt təsəvvür etmədiyiniz anlayışları birləşdirməyə məcbur edir. Bu o deməkdir ki, krossvordlar korteksinizin geniş sahələrini aktivləşdirir və beyninizdə yeni əlaqələri təşviq edir. Hipokampus daha sonra bu yeni əlaqələri xatırlayacaq və həm hipokampusunuzu, həm də korteksinizi gücləndirəcəkdir.
- Nəhayət, sosial fəaliyyətdir. Sosial fəaliyyətlər beynin müxtəlif hissələri arasında daha yaxşı əlaqələrin qurulmasına kömək edir.
Linkə daxil olaraq bu sahadə edilən araşdırma və tədqiqatla tanış ola bilərsiniz.
Bu linkə keçid edərək isə krossvordun digər faydalarını öyrənə bilərsiniz.
Günel Məlikzadə