Ana olandan bir gün sonra öldü...

Ana olandan bir gün sonra öldü... Sağlamlıq

Ağdaş rayonunda yenicə ana olan qadın ölüb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Hapıtlı kənd sakini, 1991-ci il təvəllüdlü Mərdanova Nübar Qasım qızı Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirib.

Xəstəxanada saxlanılan qadının vəziyyəti 1 gün sonra kəskin pisləşib və o vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.