Azərbaycanda bu virusa yoluxma artıb - DƏHŞƏTLİ STATİSTİKA
Sağlamlıq
Son bir ayda Azərbaycanda 108 nəfər İnsan İmmunçatışmazlığı Virusuna (İİV) yoluxub.
RTV xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi İşçi Qrupunun yaydığı hesabatda bildirib.
Qeyd olunub ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların immun çatışmazlığı virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
Qeyd olunub ki, onlardan 106 nəfəri Azərbaycan vətəndaşı, ikisi isə əcnəbidir. Azərbaycan vətəndaşları arasında 8 nəfəri inyeksion narkotik istifadəçiləri olub.