Başgicəllənmənin ən çox görülən - SƏBƏBLƏRİ
Sağlamlıq
“Daxili qulaqın üç patologiyası tez-tez başgicəllənməyə səbəb olur”
News24.az Medianews.az-a istinadla xəbər verir ki, bu barədə Mariya Şapovalova Gazeta.Ru-ya məlumat verib.
Mütəxəssis diqqətə çatdırıb ki, əsl başgicəllənmə ən çox daxili qulağın fəaliyyətinin pozulması nəticəsində yaranır: xoşxassəli paroksismal mövqeli başgicəllənmə (BPPV), Menyer xəstəliyi və vestibulyar sinirin neyroniti.
“Menyer xəstəliyi uzun müddət davam edən başgicəllənmələrlə xarakterizə olunur – 20 dəqiqədən 12 saata qədər və onlar duruşdan və başın vəziyyətindən asılı deyil. Orta hesabla hücumlar təxminən iki-üç saat davam edir”, – Şapovalova bildirib.