Biləsuvarda polis mayoru qəfil vəfat etdi

Biləsuvarda polis mayoru qəfil vəfat etdi Sağlamlıq

Polis mayoru ürəktutmadan dünyasını dəyişib.

News24.az-ın APA -ya istinadən verdiyi xəbərə görə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Elşad İzzət oğlu Məmmədov şəxsi maşını ilə hərəkətdə olarkən qəfil ürəktutmadan vəfat edib.

1959-cu il təvəllüdlü E.Məmmədov 30 il daxili işlər orqanlarında çalışıb. O, ictimai təhlükəsizlik bölməsinin inspektoru idi.