Bu vitamin mədə xərçəngi riskini azalda bilər
Sağlamlıq
Kanadanın Vaterloo Universitetinin alimləri müəyyən ediblər ki, C vitamini nitrat və nitrit tərkibli qidaların həzmi zamanı mədədə potensial kanserogen maddələrin yaranmasını azalda bilər.
News24.az xəbər verir ki, nitrat və nitritlər əsasən bekon, kolbasa kimi emal olunmuş ət məhsullarında, eləcə də bəzi tərəvəzlərdə mövcuddur. Bu maddələr mədənin turş mühitində reaksiyaya girərək potensial kanserogen hesab edilən N-nitrozo birləşmələri yarada bilər.
Alimlərin hazırladığı kompüter modeli göstərib ki, C vitamini bu reaksiyaları zəiflədir.
Xüsusilə, yeməkdən qısa müddət sonra qəbul edilən C vitamini əlavələrinin müəyyən təsir göstərə biləcəyi ehtimal olunur.
Bununla belə, tədqiqat hələ klinik sınaqlarla təsdiqlənməyib.
Alimlər bildirirlər ki, nəticələr C vitamininin xərçəng riskini birbaşa azaltdığını sübut etmir.