Bu yaşdan uşaqların ürəyində problem yarana bilər

Bu yaşdan uşaqların ürəyində problem yarana bilər Sağlamlıq

Alimlər "JAMA Cardiology" dərgisində son elmi tədqiqatın nəticələrini dərc ediblər.

News24.az “Medicina”-ya istinadla xəbər verir ki, onlar 3-16 yaş arası 1500 uşağın sağlamlıq vəziyyətini illərlə yoxlayıb.

Fərdi olaraq bunlar qeydə alınıb:

- qidalanma

- fiziki aktivlik

- yuxu

- bədən kütləsi

- təzyiq

- siqaret, passiv siqaret

- zərərli vərdişlər

- Eləcə də qan dəyərləri

Bu müddət ərzində iştirakçıların ildə bir dəfə ürəyi yoxlanılıb.

Məlum olub ki, uşaqlarda ürək-damar sistemi artıq 10-12 yaşından bütün qruplarda artır. Əgər uşaq pis qidalanıb, az hərəkət edirsə, onun ürək-damar sistemi 10 yaşından yoxlanmalıdır.

Məhz 10 yaşdan sonra uşaqlar öz seçimi ilə fast-fud yeyir,küçədə qidalanır və məktəbdə vaxt keçirir.

Uşaqda artıq ürək-damar problemi olduğunu göstərən əlamətlər:

- fiziki iş, idman zamanı tez yorulur

- Oyun və qaçış zamanı həddən artıq çox təngnəfəslik, tənəffüsdə çətinlik

- Sinədə göynəmə hissi

- taxikardiya və ritm pozulması

- Ayaq və qarında şişkinlik

- Çox tərləmə

- Yuxu pozulması

Bu zaman uşağı kardioloji müayinə etdirmək lazımdır.