Cavanşir Quliyevlə bağlı YENİ XƏBƏR - – SON DƏQİQƏ

Cavanşir Quliyevlə bağlı YENİ XƏBƏR - – SON DƏQİQƏ Sağlamlıq

Ötən gün beyninə qan sızma diaqnozu ilə İstanbulda Acıbadəm Xəstəxanasına yerləşdirilən Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin vəziyyəti nisbətən sabitləşib.

News24.az bildirir ki, Yenicag.az-ın əldə etdiyi məlumata əsasən, Cavanşir Quliyev bir qədər əvvəl reanimasiyadan palataya köçürülüb.

Bəstəkarın səhhətində müəyyən irəliləyiş olduğu bildirilir.