Diabetin ilkin simptomu uşaqlıqda görünür
Sağlamlıq
Danimarkalı elm adamları diabetlə bağlı apardıqları araşdırmalarda, erkən yaşda sağlamlıq yoxlamalarının, piylənmə ilə bağlı xəstəliklərə tutulma riski yüksək olan uşaqları müəyyən edə və tez müalicə oluna biləcəyini ortaya qoyublar.
News24.az xəbər verir ki, alimlərin bəhs etdiyi qan testi qanda lipidlər (yağ turşuları) adlanan maddələri axtarır. Ən məşhur qan lipidləri xolesterindir. Bununla belə, eyni tədqiqatçılar tərəfindən aparılan əvvəlki araşdırmada orqanizmdə müxtəlif funksiyaları yerinə yetirən minlərlə müxtəlif lipidlərin olduğu müşahidə edilib.
Bu lipidlərin bəzilərinin yüksək səviyyələrinin diabet və ürək xəstəliyi riskinin artması ilə əlaqəli ola biləcəyi ifadə edilib. Yeni araşdırma bu səviyyələrin uşaqlıq dövründə artmağa başladığını müəyyən edib.
Dr. Karolina Sulek deyib ki, həyati təhlükəsi olan xəstəliklərə yoluxma riski olan uşaqların erkən diaqnozu həyati əhəmiyyət kəsb edir.
Qeyd edək ki, araşdırmanın müəlliflərindən biri London Kral Kollecindən Dr. Cristina Legido-Quigley, bu araşdırmanın xəstəliyin erkən xəbərdarlıq siqnalı verə biləcəyini və erkən diaqnoz nəticəsində diabet kimi metabolik xəstəliklərin qarşısının alına biləcəyini ifadə edib.
Diabetin qarşısını almaq üçün aşağıdakı addımları yerinə yetirmək faydalı ola bilər:
- Tam taxıllı qidalar, tərəvəzlər və meyvələrlə zənginləşdirilmiş pəhriz seçin.
- Şəkərli və işlənmiş qidalardan uzaq durun.
- Doymuş yağları azaldın; Sağlam yağları seçin (məsələn, zeytun yağı, avokado).
- Həftədə ən azı 150 dəqiqə orta intensivlikli aerobik fəaliyyətlə məşğul olmağa çalışın (gəzinti, velosiped sürmə, üzgüçülük).
- Əzələ gücünü artırmaq üçün məşqlər (ağırlıq qaldırma, yoga) daxil edin.
- Sağlam çəki saxlamaq diabet riskini azalda bilər. Əgər artıq çəki varsa, onu yavaş-yavaş və davamlı şəkildə itirməyə çalışın.
- Qan şəkərinizin səviyyəsini mütəmadi olaraq yoxlayın. Ailə tarixiniz varsa, həkiminizlə məsləhətləşin və müvafiq testlərdən keçin.
Günel Məlikzadə