Gecə ürək çırpıntısı ilə oyanırsınızsa…
Sağlamlıq
Ürək çırpıntısı - döyüntülərin normaldan daha sürətli, güclü və ya nizamsız hiss olunması vəziyyətidir.
News24.az xəbər verir ki, bu hal adətən sinədə, boğazda və ya boyunda narahatedici şəkildə hiss olunur. Çox vaxt zərərsiz və keçici olur, stres, kafein qəbulu və ya fiziki fəaliyyətlə əlaqələndirilir.
Bununla belə, təkrarlanan və ya digər əlamətlərlə müşayiət olunan çırpıntılar – məsələn, sinə ağrısı, nəfəs darlığı və ya ürəkgetmə – daha ciddi ürək xəstəliklərinin göstəricisi ola bilər.
Müalicə çırpıntının səbəbindən asılı olaraq dəyişir. Sadə hallarda dincəlmək, stresdən uzaq durmaq, qidalanmaya və yuxuya diqqət yetirmək kifayətdir. Ancaq ritm pozuntuları və ya digər xəstəliklər mövcuddursa, həkim müdaxiləsi və dərman müalicəsi vacibdir.
Ürək çırpıntısı ciddi sağlamlıq probleminin xəbərçisi ola biləcəyi üçün tez-tez baş verərsə, mütləq həkimə müraciət edilməlidir./Pravda.az