İnsultun əlamətləri - EHTİYATLI OLUN
Sağlamlıq
İnsult əlamətləri dərhal təcili yardım çağırmağı tələb edir.
News24.az xəbər verir ki, bu barədə Çernoqolovka Şəhər Xəstəxanasının terapevtik şöbəsinin müdiri, kardioloq Konstantin Qukov danışıb.
Şiddətli baş ağrısı, üzün asimmetriyası, danışma, görmə və hərəkətlərin koordinasiyasının pozulması insultun olduğunu göstərə bilər. Həkimlər insana nə qədər tez kömək etsə, normal həyata qayıtmaq şansı bir o qədər yüksək olar.
"Təcili yardım maşını yolda olarkən xəstəyə yemək və su verməyin, çünki o, boğula bilər. İnsana təhlükəsiz mövqe tutmağa kömək etmək lazımdır: onu yan üstə qoymaq, başını bir az qaldırmaq, yaxasını açmaq və pəncərəni açmaq daha yaxşıdır. Xəstəyə soyuqdursa, onu ədyal ilə örtə bilərsiniz", - həkim qeyd edib.
Məryəm İlhamqızı