İsti havalarda burun qanaması: - Niyə baş verir?

İsti havalarda burun qanaması: - Niyə baş verir? Sağlamlıq

Yay aylarında isti hava və kondisionerlərin yaratdığı quruluq, eləcə də arterial təzyiqin artması burun qanamalarının artmasına səbəb olur. İstilərdə burun qanaması adətən burundakı incə damarların genişlənməsi və quruması nəticəsində yaranır.

News24.az Pravda.az-a istinadla bildirir ki, burun qanaması əsasən burun travmaları, quruluq, infeksiyalar və ya ürək-damar xəstəlikləri kimi ciddi problemlərin əlaməti ola bilər. Yayda günəşə çox məruz qalmaq və açıq havada uzun müddət olmaq riski artırır.

Burun qanamasının qarşısını almaq üçün tövsiyələr:

Kifayət qədər maye qəbul etmək

Burun içini nəmləndirici damcılar və spreylərlə qorumaq

Günəşdən qorunmaq

Kondisioneri aşağı gücdə istifadə etmək

Burun qanaması zamanı nə etməli?

Baş arxaya deyil, qabağa əyilmək, burun içini təmizləmək və qanayan hissəyə təzyiq göstərmək tövsiyə olunur. Əgər qanama davam edərsə və ya nəfəs almaq çətinləşərsə, dərhal həkimə müraciət etmək vacibdir.