Karbohidratlar və təzyiq - aşağı təzyiqin gizli səbəbi

Karbohidratlar və təzyiq - aşağı təzyiqin gizli səbəbi Sağlamlıq

Təzyiqin aşağı olması (hipotansiyon) çoxsaylı əlamətlərə malik olsa da, bəzən hiss edilmədən inkişaf edir və çox gec özünü göstərir.

News24.az bildirir ki, hipotansiyon ciddi sağlamlıq problemlərinə, xüsusən ürək və damar xəstəliklərinə gətirib çıxararır.

Təzyiqin aşağı olması nədir?

Təzyiq damarlarda qan axınının yaratdığı basıncdır. Normal təzyiq nisbəti təxminən 120/80 mm Hg olmalıdır. Lakin, əgər ölçü 90/60 mm Hg civarındadırsa, bu, təzyiqin aşağı olması deməkdir. Təzyiqin aşağı olması, adətən baş fırlanması, ürəkgetmə, soyuq tərləmə, yorğunluq və ürək bulanması ilə özünü göstərir.

Təzyiqin aşağı olmasının səbəbləri:

Bədənin ehtiyac duyduğu mayenin yetərsiz olması (az su içmək, ishal, intensiv idman və s.)

Az və nizamsız qidalanma

Hamiləlik

Stres, narahatlıq, qorxu

Qan azlığı

İstifadə olunan dərmanlar (təzyiq, ürək dərmanları, antidepressantlar və s.)

Qan itkisi

Mərkəzi sinir sistemi xəstəlikləri

Ciddi infeksiyalar

Qaraciyər xəstəlikləri

Hormonla bağlı problemlər

Təzyiqin aşağı olmasının müalicəsi

Təzyiqin aşağı olmasına səbəb olan amilə görə müalicə fərqli ola bilər. Məsələn, qan itkisi səbəbindən təzyiq aşağı düşübsə, qan köçürməsi və ya itirilən mayenin damar yolu ilə verilməsi ən yaxşı müalicə olacaqdır.

Bundan başqa, təzyiqi artırmaq üçün maye qəbulunu artıraraq, sağlam qidalanaraq, təzyiqi yüksəldən dərmanlar qəbul edərək müalicə edilə bilər.

Təzyiqin aşağı olmasının təsirlərini azaltmaq üçün nələr etməliyik?

Duzla zəngin qidalar seçin, amma çox duz istehlakının sağlamlığa zərər verməməsi üçün həkimlə məsləhətləşin.

Bol-bol maye qəbul edin.

İsti havalarda və ya soyuqdəymə kimi xəstəliklər zamanı daha çox maye içməyə diqqət edin.

Alkoqoldan uzaq durun və ya istehlakını məhdudlaşdırın.

Mütəmadi fiziki məşqlər edin və qan dövranını sürətləndirin.

Stressdən uzaq durmağa çalışın.

Oturarkən ayaqları üst-üstə qoymayın.

Ani hərəkətlərdən çəkinin. Uzandıqdan və ya oturduqdan sonra dərhal ayağa qalxmayın.

Porsiyonları kiçiltmək və karbonhidrat istehlakını azaltmaq faydalı ola bilər.

Xüsusilə gecə kafein qəbulundan qaçın.

Qeyd: Əgər bu üsulları tətbiq etdikdən sonra problem hələ də davam edirsə, həkimə müraciət etmək lazımdır. Təzyiqin aşağı olması vaxtında müalicə və düzgün yanaşma ilə effektiv şəkildə idarə oluna bilər./Pravda.az