Kök pəhrizi ilə arıqlayın

Kök pəhrizi ilə arıqlayın Sağlamlıq

Kök həm qaraciyəri müalicə edən, həm də dəriyə günəşdə qaralma effekti verən bir tərəvəzdir. Üstəlik, onun kalorisi başqa tərəvəzlərdən daha azdır.

News24.az axşam.az-a istinadən xəbər verir ki, kök pəhrizinə riayət etməklə, həftə ərzində 4-5 kq. arıqlamaq mümkündür.

Yeməklər zeytun yağında, az miqdarda bişməlidir.

Hər gün səhər

1 stəkan süd, 1 dilim çörək, 1 stəkan kök şirəsi

I gün

Günorta: Köklə qovurulmuş düyü, 100 qr. ağ pendir, bir pay brokkoli

Axşam: Tərəvəz şorbası, közdə bişmiş toyuq, kök salatı

II gün

Günorta: Pomidorlu düyü, salat, suda bişmiş bir pay toyuğun döş əti

Axşam: Kök qovurması, 1 tost çörək, 1 ədəd közdə bişmiş badımcan

III gün

Günorta: Köklə bişmiş düyü, salat, 1 ədəd alma

Axşam: 150 qr. közdə bişmiş balıq, 2 dilim tost çörək, kök püresi

IV gün

Günorta: Köklə bişmiş düyü, 2 pomidor, 1 qab meyvə salatı

Axşam: Toyuqlu kök qovurması, bir pay salat, 1 tost çörək

V gün

Günorta: Pomidorlu düyü, salat, 1 dilim ananas

Axşam: Toyuğun döş ətinə sarılmış kök, 2 dilim tost, salat

VI gün

Günorta: Kök şorbası, 100 qr. ağ pendir və tərəvəz xörəyi

Axşam: Göyərtili - pomidorlu düyü, toyuq salatı, 1 kasa meyvə salatı

VII gün

Günorta: Sobada dəm almış tərəvəzli düyü, közdə bişmiş badımcan, 1 kasa meyvə salatı 

Axşam: Kök qovurması, 1 dilim tost çörək, 1 kasa salat