Koronavirusa yoluxanların sayı artır: - 1 ayda 63 %..
Sağlamlıq
Dünyada bir ayda koronavirusa yoluxanların sayı 63% artıb
News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST dünyada COVID-19-a yoluxma hallarının artdığını bildirib.
Belə ki, bir ay ərzində dünyada bir milyon yarıma yaxın insanda koronavirusa yoluxma halı qeydə alınıb. Təşkilatın xülasəsinə əsasən, bu, əvvəlki 28 günlə müqayisədə 63% çoxdur.
“Bu müddət ərzində koronavirus iki mindən çox insanın həyatına son qoyub. Eyni zamanda, ölüm göstəricisi əvvəlki ayla müqayisədə azalıb”.
Ayşən