Lobyanın satışı - DAYANDIRILDI!

Lobyanın satışı - DAYANDIRILDI! Sağlamlıq

ABŞ-da “Deep” markalı bəzi lobya məhsullarında (Sprouted Mat və Sprouted Moong) salmonella bakteriyası aşkarlanıb. FDA-nın məlumatına görə, hələlik xəstəlik qeydə alınmasa da, məhsullar ehtiyat tədbiri olaraq satışdan çıxarılıb.

News24.az xəbər verir ki, istehlakçılara xəbərdarlıq edilir: bu məhsulları qətiyyən yeməyin, partiya nömrələrini yoxlayın və aldığınız mağazaya qaytarın.

Salmonella bakteriyası ciddi sağlamlıq fəsadları yarada və xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olanlar üçün təhlükəli ola bilər.

Xeyrənsə Piriyeva