Mədə xərçənginin əlamətləri - ƏTRAFLI
Sağlamlıq
Arıqlamaq və turş gəyirmə mədə xərçənginin əlamətləri ola bilər.
News24.az xəbər verir ki, bu barədə Gazeta.Ru-ya tibb elmləri namizədi Natalya Paşşenko bildirib.
“Mədə xərçənginin simptomları mədə xorası və qastritə bənzəyir. Yemək zamanı mədə nahiyəsində ağrı, çürük və ya turş gəyirmə, arıqlama, mədədən qanaxma ilə özünü göstərir. Bu şikayətlər olduqda, mədənin şübhəli nahiyələrinin biopsiyası ilə fibroqastroduodenoskopiya (FGDS) məcburidir. Mədə xorası və ya polip varsa, biopsiya da tələb olunur”, - Paşenko bildirib.
Mədə xərçənginin zirvəsi 50-59 yaşlarında baş verir, lakin gənclərdə də mümkündür. Onun risk faktorlarına siqaret çəkmək, nizamsız qidalanma, heyvan mənşəli yağların, duzun üstünlük təşkil etməsi, çoxlu ədviyyatlar, çox bişmiş qidalar, həddindən artıq yemək, yeməklərin zəif çeynəməsi daxildir.
“Mədə xərçənginin ilkin mərhələdə diaqnozu və cərrahi müdaxilə sağalmasına gətirib çıxarır. Mədə xərçənginin müalicəsinin əsas üsulu cərrahi əməliyyatdır ki, bu da xəstəliyin mərhələsindən və şişin yerindən asılı olaraq mədənin qismən rezeksiyası və ya mədənin tam çıxarılması ilə aparılır. Müasir cərrahi üsullar əlilliyə gətirib çıxarmır, sadəcə xəstənin həyat keyfiyyətini bir qədər aşağı salır”, - deyə həkim vurğulayıb.
Məryəm İlhamqızı