Meymunçiçəyi üçün 18,5 milyonluq - TƏLƏB
Sağlamlıq
Birləşmiş Millətlər Təşkilatına bağlı Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) meymunçiçəyi xəstəliyi ilə bağlı açıqlama verib.
News24.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı Şərqi və Cənubi Afrikada meymunçiçəyi (mpox) virusu epidemiyasından əziyyət çəkən insanlara tibbi xidmət göstərmək üçün 18,5 milyon dollar tələb edib.
Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktoru Amy Pope, "Mpox-un Şərqi, Şimali və Cənubi Afrikada yayılması, xüsusən də belə böhranlarda tez-tez diqqətdən kənarda qalan həssas miqrantlar, yüksək mobil əhali və köçkün icmaları üçün ciddi narahatlıq doğurur" dedi.
Pope açıqlamasında "Ən yüksək risk altında olanları qorumaq və bu epidemiyanın bölgəyə təsirini azaltmaq üçün tez hərəkət etməliyik" dedi.
Günel Məlikzadə