Narkotikdən ölüm halları artdı
Sağlamlıq
Şotlandiyada ötən il narkotik istifadəsi səbəbindən 1172 nəfər ölüb.
News24.az xəbər verir ki, bununla bağlı Şotlandiya Milli Qeydlərindən(NRS) məlumat alınıb.
Birləşmiş Krallığın bir hissəsi olan Şotlandiyada 2022-ci ildə narkotik istifadəsi səbəbindən 1051 ölüm qeydə alınıb, keçən il isə əvvəlki ilə nisbətən 12 % artım olub.
Bundan əlavə, məlumatlar Şotlandiyanın paytaxtı Qlazqonun 2019-2023-cü illərdə narkotikdən qaynaqlanan "ən çox qeydə alınan ölüm nisbətinə malik şəhər" olduğunu ortaya qoydu.
Qeyd edək ki, Şotlandiyada narkotiklə əlaqəli ölüm nisbəti digər Avropa ölkələrinə, o cümlədən Böyük Britaniyanın digər hissələrinə nisbətən daha yüksəkdir.
Günel Məlikzadə