Naxçıvanda 8 nəfər zəhərləndi

Naxçıvanda 8 nəfər zəhərləndi Sağlamlıq

Yeni il bayramı günlərində Naxçıvan Muxtar Respublikasında 8 zəhərlənmə halı qeydə alınıb.

Bu barədə News24.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verirlib.

Qeyd olunub ki, onlardan dördü eyni ailənin üzvləridirlər. Qasımovlar ailəsinin üzvləri salatdan zəhərləniblər.

Digər hadisələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən zəhərlənmələrdir. Xəstələrdən ikisinə stasionar, altısına isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib.


Hazırda zəhərlənənlərin hamısının vəziyyəti normaldır