Oruc tutmaq orqanizmi iltihabdan necə qoruyur? - ARAŞDIRMA
Sağlamlıq
İmmunitet sistemimiz iltihabla qarşılaşdığı zaman zədələnmiş bölgələrə kimyəvi maddələri çağıraraq bədənimiz üçün lazımi müdafiəni təmin edir.
Təəssüf ki, bir sıra amillər iltihaba səbəb olub, bədənə zərər verə bilirlər.
News24.az xəbər verir ki, əvvəli araşdırmlar oruc tutmağın iltihabdan qorunmağa kömək edə biləcəyini göstərib.
İngiltərədəki Kembric Universitetinin alimlərinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu bu əlaqəni və bunun necə baş verə biləcəyini daha yaxından araşdırıblar.
Tədqiqatçılar 24 saatdan bir 500 kalorili yemək yeyən 21 könüllüdən alınan qan nümunələrini araşdırıblar. Nəticədə araxidon turşusu adlı birləşmənin artdığını aşkar ediblər.
Araxidon turşusu əvvəllər iltihabla əlaqəli bir yağ idi, lakin araxidon turşusunun iltihabı azaltmaq əvəzinə artırdığı düşünülürdü.
Kembric Universitetinin immunoloqu Clare Bryant, "Bu, pəhrizimizin dəyişdirilməsinin - xüsusən də oruc tutmaqla - bizi iltihabdan necə qoruduğuna dair potensial izahat verir" dedi.
Komanda laboratoriyada hüceyrələr üzərində testlər aparıb və müəyyən ediblər ki, araxidon turşusu NLRP3 iltihabı adlanan zülal kompleksinin fəaliyyətini azaldır.
Günel Məlikzadə