Parvovirus yoluxmalarında - böyük artım

Parvovirus yoluxmalarında - böyük artım Sağlamlıq

2024-cü ilin əvvəlindən ABŞ-da 5-9 yaşlı uşaqlarda müşahidə edilən parvovirusun nisbətində 40 faiz artım müşahidə olunub.

News24.az The Hill-ə istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) tərəfindən edilən açıqlamada, "parvovirus"un (B19 adlı DNT virusunun yaratdığı və üzərində parlaq qırmızı səpgilərə səbəb olan viral xəstəlik) nisbətində yüksək artım var. 

Son iki ildə xəstəliyə yoluxma hallarının artdığı, 5-9 yaşlı uşaqlarda rast gəlinən halların ilin əvvəlindən 40 faiz artdığı vurğulanıb.

Açıqlamada bədənə daxil olan tənəffüs damcıları ilə keçən bu virusun daha çox qızdırma, başağrısı, oynaq ağrısı və səpki kimi yüngül simptomlar göstərdiyi, ancaq immun sistemi problemi olan və ya xroniki qanı olan insanlarda problem yaradacağı bildirilib. 

Qeyd edək ki, bəyanatda virusa qarşı peyvəndin hələ hazırlanmadığı vurğulanıb və xəstəliyə qarşı diqqətli olmaq barədə xəbərdarlıq edilib.

Günel Məlikzadə