Qarpızı bunlara görə yeməliyik - faydaları
Sağlamlıq
Qarpız yay fəslinin ən sevimli qida məhsullarından biridir.
News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, orqanizm üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırır, həzmə kömək edir, qanı durulaşdırır.
Qarpız 92% su ehtiva edən meyvədir. Bu xüsusiyyəti ilə maye itkisinin qarşısını ala və bədənin ehtiyacı olan suyun bir hissəsini qarşılaya bilir.
Bu meyvənin tərkibində likopen kimi güclü antioksidantlar var və hüceyrə zədələnməsini azaltmağa, immunitet sistemini dəstəkləməyə kömək edir.
Qarpızda olan likopen, beta karoten və lutein kimi antioksidantlar bədəni xərçəngdən qoruya bilir.
A vitamini deposu olan bu meyvə dəri, diş və sümüklərin sağlam qalmasına yardımçı olur.
Bundan başqa qarpızda əzələlərin rahatlamasına kömək edən və əzələ ağrısını aradan qaldıran mineral maqnezium var.
Beləliklə qarpız:
Qan təzyiqini tənzimləməyə və təzyiqi nəzarət altında saxlamağa kömək edir.
Xroniki xəstəliklərin riskini azaldır.