Həkim səhər yuxusu ilə bağlı məşhur vərdişin zərərini açıqladı

Həkim səhər yuxusu ilə bağlı məşhur vərdişin zərərini açıqladı Sağlamlıq

Zəngli saatın bildirişini bir neçə dəfə beş dəqiqəlik təxirə salmaq insanın daha gümrah oyanmasına kömək etmir.

News24.az xəbər verir ki, bu barədə rusiyalı həkim-somnoloq Pavel Kudинов məlumat verib.

Mütəxəssisin sözlərinə görə, bu, səhər yuxusunun bölünməsinə səbəb olur. Nəticədə oyanmaq daha xoşagəlməz olur və insan özünü yorğun, halsız hiss edir.

Həkim bildiriş səsləndikdən sonra yenidən yatmamaq üçün telefonu yataqdan uzaqda saxlamağı tövsiyə edib.

Belə olduqda siqnalı söndürmək üçün yataqdan qalxmaq lazım gələcək ki, bu da tam oyanmağa kömək edəcək.