Quş qripi aşkarlandı

Quş qripi aşkarlandı Sağlamlıq

İspaniya Ali Elmi Tədqiqat Şurasının (CSIC) verdiyi açıqlamada Argentinalı alimlərin Antarktidadakı Primavera bazası yaxınlığında tapdıqları iki ölü qütb qağayısında (skua) quş qripi aşkar etdikləri açıqlanıb.

News24.az xəbər verir ki, “Bu kəşf göstərir ki, qitəni digərlərindən ayıran təbii sərhədlərə və məsafəyə baxmayaraq, virus ilk dəfə Antarktidaya çatıb”.

Bunun Antarktika materikində ilk hadisə olduğu vurğulansa da, pinqvinlər üçün potensial risk daşıdığı ifadə edildi. 

Qeyd edək ki, virusun köçəri quşlar vasitəsilə Antarktidaya keçməsi mümkün hesab edilir.

Günel Məlikzadə