Rotavirus yayılır: Uşaqlar və Yaşlılar Risk Altında - uşaqlar və yaşlılar RİSK ALTINDA

Rotavirus yayılır: Uşaqlar və Yaşlılar Risk Altında - uşaqlar və yaşlılar RİSK ALTINDA Sağlamlıq

Prof. Dr. Murat Kantarcıoğlu, ishal hallarındakı kəskin artışın səbəbinin insandan insana asanlıqla keçən rotavirus olduğunu bildirib. Virus xüsusilə əl gigiyenasına əməl edilmədikdə sürətlə yayılır.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Əsas əlamətlər:

Şiddətli ishal

Qusma, ürəkbulanma

Qarın ağrısı və hərarət

Xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olanlar üçün təhlükəlidir.

Kantarcıoğlu, əl yumağın və təmiz su istifadəsinin vacibliyini vurğulayıb.

Əllər 20 saniyə sabunla, xüsusilə tualetdən sonra və yeməkdən əvvəl yuyulmalıdır.

Təhlükəli əlamətlər: su itkisi, ağız quruluğu, halsızlıq, sidik ifrazının olmaması, bayılma, dərinin quruluğu, sürətli nəbz və nəfəs darlığı.

Bu hallar varsa, təcili tibbi yardım alınmalıdır.


Xeyrənsə Piriyeva