Saça qulluqda edilən səhv - HƏKİMDƏN AÇIQLAMA

Saça qulluqda edilən səhv - HƏKİMDƏN AÇIQLAMA Sağlamlıq

Saçlarınızı uclarından köklərinə doğru daramaq saç tökülməsinə səbəb olub, kövrəkliyi artıra bilər. 

News24.az xəbər verir ki, bu barədə ABŞ-dan olan trixoloq Melissa Mallam “The Sun”a danışıb.

Mallamın fikrincə, bir çox qadın saçları dibdən uca doğru daramaqdansa, uclardan başlayır. Trixoloq qeyd edib ki, saçları kökdən başlayaraq tədricən uclarına doğru daramaq lazımdır.

Düzgün qulluq quru və kövrək saçların qarşısını almağa kömək edir. 

Həkim izah edib ki, saçınızı qurudan zaman pambıq dəsmaldansa, mikrofiber dəsmallardan istifadə etmək daha yaxşıdır. Onlar dolaşıqlığa səbəb olan daha az istənməyən sürtünmə təmin edir. 

Həkim həmçinin saç düzümü yaratmaq üçün düzgün aksesuarları - ipək və ya atlaz elastik bantları almağı tövsiyə edib. Bu cür elastik bantlar saçları "çəkmir" və elastikliyini qorumağa kömək edir. Bundan əlavə, eyni materiallardan hazırlanmış yastıq üzlükləri almaq da saç köklərinizi qoruya bilər.

Məryəm İlhamqızı