Türkiyədə meymunçiçəyinə yoluxma qeydə alınıb? - NAZİRLİKDƏN AÇIQLAMA
Sağlamlıq
Türkiyədə hələ ki, meymunçiçəyinin yeni ştamına yoluxma halı qeydə alınmayıb.
News24.az xəbər verir ki, bunu “Habertürk” telekanalına açıqlamasında ölkənin səhiyyə naziri Kemal Memişoğlu deyib.
“Hazırda vətəndaşlarımızın təşviş üçün heç bir əsası yoxdur. Müvafiq hazırlıq işlərini və planlaşdırma işlərini görmüşük. Türkiyədə hələ ki meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb”, - nazir vurğulayıb.