Yeməyi ayaqüstə yeməyin zərərləri
Sağlamlıq
"İnsanlar getdikcə daha çox tələsərkən yemək yeməyə üstünlük verirlər, lakin bu cür vərdiş insan orqanizminə zərər verir".
News24.az Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Tarasova danışıb.
Onun sözlərinə görə, yeməyi ayaqüstə yemək həzm sistemi xəstəliklərinə gətirib çıxara bilər:
“Əgər biz hərəkətdə olsaq, çeynəmə hərəkətləri daha az olur, ağız boşluğu fermentlərlə tam şəkildə işlənmir, həzm sistemi buna hazırlaşmağa imkan tapmır. Bu zaman kortizol – stress hormonu ifraz olunur ki, bu da yeməyin tam həzm olunmasına mane olur”.