Yuxusuzluq ciddi xəstəliyin əlaməti ola bilər

Yuxusuzluq ciddi xəstəliyin əlaməti ola bilər Sağlamlıq

Yay aylarında artan isti və rütubət, xüsusilə stresslə birləşdikdə, yuxusuzluq problemlərini artırır. Gün ərzində yaşanan psixoloji gərginliklər gecə yuxuya getməyə çətinlik yaradır.

News24.az bildirir ki, keyfiyyətsiz və az yuxu gündəlik performansa ciddi təsir göstərir və bu vəziyyət mütləq araşdırılmalıdır.

Yuxusuzluğun səbəbləri:

Kəskin xəstəliklər (qrip, ishal və s.)

Stress və psixoloji pozğunluqlar (depressiya, təşviş)

Ətraf mühit (istilik, səs, işıq)

Yaş, növbəli iş rejimi

Geniş yayılmış yuxu problemləri:

Gecələr ağrı və narahatlıq hissi, yuxusuzluğa səbəb olur. Gecə nəfəsin dayanması, gündüz yuxululuq, yaddaş zəifləməsi və yüksək təzyiqə yol açır.

Müalicə və məsləhətlər:

Yuxusuzluqla mübarizədə əvvəlcə səbəblər müəyyənləşdirilməlidir. Xəstəliyə bağlı olaraq ya dərmanla, ya da CPAP cihazı ilə müalicə edilə bilər. Davranış terapiyaları, akupunktur və hipnoz kimi üsullar da faydalı ola bilər.

Yuxu keyfiyyətini artırmaq üçün tövsiyələr:

Hər gün eyni saatda oyanmaq

Gecə yemək və kofeindən uzaq durmaq

Otağın sərin, sakit və qaranlıq olması

Yatmazdan əvvəl rahatlaşdırıcı məşqlər etmək

Qeyd: Uzun müddət davam edən yuxusuzluq hallarında həkimə müraciət olunması tövsiyə edilir./Pravda.az