Eldar Qasımov Qazaxıstanda 24 rəqqasə ilə şou göstərdi - FOTO - VİDEO
    • 25-03-2019, 11:48
    • 1 339

Eldar Qasımov Qazaxıstanda 24 rəqqasə ilə şou göstərdi - FOTO - VİDEO

Tanınmış müğənni Eldar Qasımov Qazaxıstanda baş tutan Novruz konsertində çıxış edib.

News24.az xəbər verir ki, E.Qasımov dövlət rəsmilərinin də qatıldığı təntənəli bayram konsertində öz mahnılarını və repertuarına yeni əlavə etdiyi “Novruz gəlir, yaz gəlir” mahnısını ifa edib.

E.Qasımov sözügedən mahnının yeni aranjimanda ölkə xaricində də böyük marağa səbəb olduğunu bildirib: “Martın 22-si Qazaxıstanda təntənəli bayram konserti təşkil olunmuşdu. Tədbirdə Almatının icra başçısı və digər dövlət adamları iştirak edirdi. Səhər səhnəyə çıxdım və “Novruz gəlir, yaz gəlir” mahnısını ifa etdim. Daha sonra məndən axşam da çıxış etməyimi istədilər və həmin konsertdə də iştirak edən tamaşaçıların arzusu ilə yeni aranjiman olunmuş sözügedən mahnını bir daha oxudum. Mahnı çox sevildi. Hətta qazaxıstanlı müğənni mənə mahnını ifa etməsi üçün müraciət etdi”.

Eldar Qasımov Qazaxıstan səhnəsində  24 rəqqasə ilə birgə çıxış edib.