"Hər kəsi xərçəngə yoluxdurub, rədd olub gedəcəklər" - Məşhur aktyor od püskürdü
    • 3-08-2019, 11:22
    • 1 552

"Hər kəsi xərçəngə yoluxdurub, rədd olub gedəcəklər" - Məşhur aktyor od püskürdü

Məşhur türkiyəli aktyor Şahan Gökbakar Kaz dağlarında kəsilən ağaclara və yerində inşa edilməsi planlaşdırılan qızıl mədəninə sərt etiraz edib. 

News24.azTürkiyə KİV-nə istinadəb xəbər verir ki, aktyor sosial şəbəkə hesabında bunları yazıb: "Təbiət ananın gözləri yaşlıdır. Övladlarını öldürüblər. Onlar da təbiət şəhidləridir. Həm də öz vətəni tərəfindən Kanadaya satılmış, qıtl edilməsinə göz yumulub. Kütləvi məzarlıq aradan qaldırılandan sonra qılın kimyəvi maddələrlə yuyulması başlayacaq. İllərlə zəhərlərini bu torpaqlara axıdıb, hər kəsi xərçəngə yoluxdurub, bitkiləri qurudub, çayları, bulaqları çirkləndirib, heyvanları öldürüb rədd olub gedəcəklər".