USD 1.7
EUR 1.9289
TRY 0.2519
RUB 0.0246
  • Bakı 23°C
  • ŞUŞA 21°C
  • GƏNCƏ 32°C
  • LƏNKƏRAN 28°C
  • ŞƏKİ 31°C
  • QUBA 20°C
  • NAXÇIVAN 32°C

"Toy tutmadı, məni tutdu" - Rəqsanənin əri DANIŞDI

ŞOU-BİZNES

Mətn ölçüsü

"Səhnə adamları kənardan nə qədər başqa görünsələr də, Rəqsanə xanım adi həyatda çox fərqlidir".

News24.az xəbər verir ki, bu sözləri Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəy "ATV Maqazin Onlarla" verilişində söyləyib. O, bildirib ki, ifaçı ilə məhz toyda tanış olub:
"Rəqsanə xanım bir tanışımızın toyunu idarə etmişdi. Oradan çıxandan sonra qardaşım mənə təklif etdi ki, onu öz məclisimizə çağıraq. Qardaşım getdi, danışdı sonra gördü ki, qarşı tərəf çox pul istəyir. Qardaşım mənə dedi ki, "Onlar çox göynən gedirlər", 13.000 dollar istəmişdilər. Amma nəticədə Rəqsanə xanım gəldi və o toyu yüksək səviyyədə idarə etdi. Hətta, mən mikrafonla söz deyəndə birdən mikrafonumu əlimdən aldılar ki, Rəqsanə xanım gəlir. Oğlum da, qayıdıb, dedi ki, "Papa bu kimdir? Ledi Qaqadır?" Görüşəndə pul söhbəti etmədi. Dedi ki, gəlib toyunuzu aparacam. Səhəri gün zəng etdi ki, Leninski prospektdəki maqazində bir paltar var, gedib onu götürün. 12 min dollar qiyməti var idi (gülür). Nəticədə Rəqsanə xanım toy tutmadı, məni tutdu, mən də onu. Mən ondan öncə tanınırdım, amma indi məni ötüb, keçib".

Sevda Bayramova

Video

Xəbəri paylaş: