Dilarə Kazımova da... - VİDEO
    • 22-11-2019, 15:32
    • 888

Dilarə Kazımova da... - VİDEO

Tanınmış müğənni Dilarə Kazımovanın “Ne uxodi” adlı yeni klipi işıq üzü görüb. 

News24.az-ın məlumatına görə, “Ne uxodi” mahnısının sözlərinin müəllifi Leyla Əliyeva, bəstəkarı isə Novruz Aslandır.
 
Mahnı bir-birini hələ də sevən cütlüklərin ayrılığından bəhs edir. “Getmə” deyən ifaçı bu klipdə sevən bir insanın tərkedilməyə olan hiss-həyəcanını, emosiyasını çatdırır.
 
İlk dinləmədən yaddaşlara həkk olan və insanın ruhuna təsir edən “Ne uxodi” mahnısı getmək istəyənləri saxlamaq, tərk edənləri isə geri döndərmək gücündə olan bir musiqidir.