"Pulunuz olmasa, heç kimsiniz...." - ŞƏBNƏMDƏN İDDİALI AÇIQLAMA
    • 23-12-2019, 13:41
    • 1 329

"Pulunuz olmasa, heç kimsiniz...." - ŞƏBNƏMDƏN İDDİALI AÇIQLAMA

"Mən sənətə gələndə sosial şəbəkə yox idi. Yavaş-yavaş özümü Şəbnəm olaraq tanıtdım. Bu gün İnstaqram - sosial şəbəkə olmasa belə, mən yenə sevilən ifaçı olacam".  

News24.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Hər şey daxil" verilişində deyib. O, bildirib ki, bəzi ifaçılar kimi kirayəyə libaslar götürmür: "Bəziləri "prakat" geyimlər götürür, ora-burasını düzəldib toya geyinirlər, səhər də aparıb qaytarırlar. Simiclikdən pul verib almırları. O xasiyyət məndə yoxdur ki, gedib paltar götürüb geyinib sonra da qaytarım. Həmişə pulumu verib paltar almışam. Amma özlərini İnstaqram üçün böyük biriləri sayırlar - "Biz beləyik, efir bizə lazım deyil". İnstaqram bu gün yoxa çıxsın, bu gün bir saata yox olacaqsınız. Heç kimsiniz, çünki. Gör, heç o şəxslər televiziyalara dəvət olunurlar?! Pulu olmasa heç kimdir".  

Sevda Bayramova