"Mən loxam? "-  Faiqdən küsülü həmkarları haqda ŞOK SÖZLƏR
    • 25-03-2020, 17:23
    • 714

"Mən loxam? "- Faiqdən küsülü həmkarları haqda ŞOK SÖZLƏR

"Mən əhatəmi çoxdan formalaşdırmışam. Hətta özəl günlərimə gələn insanların sayı dəyişmir. Çox nadir hallarda həyatıma yeni şəxs əlavə olunur. Əslində hər birimiz həyatımıza yeni və yaxşı insanların gəlməsini istəyirik. Arzulamaq birdir, amma onu gerçəkdə görmək fərqlidir. Mən şükr edirəm ki, neçə illik əhatəmin mənə münasibəti eynidir".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "MTV" Azərbaycanda yayımlanan "Söhbətsiz” verilişində deyib.

O, bildirib ki, səhnədə şəxsiyyətindən və kimliyindən aslı olmayaraq, hər kəs baxımlı görünməlidir: "Kim deyir, kişilər baxımlı olmamalıdır, onlara demək istəyirəm ki, allah canlarını sağ eləsin. Öz mağaralarında yaşamağa davam eləsinlər, amma bizim işimizə qarışmasınlar. Çünki məhz belələri 19-cu - 20-ci əsrin sonlarında artistlərimizi öldürürdülər. Vaqif Mustafazadəni çərlədənlər, bir çox sənətkarımızın həyatlarına zəhər qatanlar. Əfsuslar olsun ki, onların nəsli tükənmir. Bu sözləri deyənlər onların tör-töküntüləri, davamçılarıdır. Gah dedilər çorabsız ayaqqabı geyinmək olmaz, gah da dedilər saçını rəngləmək olmaz. Bunu deyən də saçına qapqara "kraska" qoyanlardır. Nəticədə isə saçın altındaki dəri qıpqırmızı olur. Gedirlər min zibilə bulaşırlar, amma efirdə süddən çıxmış ağ qaşığa dönürlər, namus qeyrət təcəssümünə çevrilirlər. Hansılar ki, öz ailələrində söz sahibi deyillər. Bu cür odlu - alovlu açıqlamalar verən artist görəsən, son beş ildə bu sənət üçün nə edib? Adi insanlar da belələrinin fikirlərinə qapılırlar və düşünürlər ki, əgər qadın müğənnisə, gərək adi qadın kimi geyinəsən, kişi ifaçısısansa, onların "ponyatka"larındakı kişi kimi geyinməlisən. Çalışın, qoruyuculardan istifadə edin ki, balalarınızın sayi çoxalmasın".

F. Ağayev Xalq artisti Zülfiyyə Xanbabayeva haqda da danışıb: "Bu yaxınlarda Xalq artisti Emin Ağalarovun layihəsində iştirak etdik. Həm çəkiliş zamanı, həm də sonrası yanbayan idik. Çəkilişlərdən sonra ziyafət verildi. Məndən üç kürsü qabaqda Zülfiyyə qızı ilə oturmuşdu. Mən yaxınlaşdım, qızını öpdüm, qucaqladım. Biz əzəli düşmən deyilik axı... O, masada mənimlə danışmayan dörd nəfər əyləşmişdi. Hətta kənardan məni görənlər sonra yanıma yaxınlaşaraq təcübləndiklərini bildirdilər. Neynəməliydim? Bıçağı götürüb "yortmalıydm"?! (gülür) Mən cəmiyyət arasında özümü aparmağı bacarıram. Hətta Zülfiyyənin bir valideyni dünyasını dəyişəndə mən başsağlığı da vermişdim. Nəyə lazımdır bu kin? Kin insanın üzərinə qoyulmuş bir yükdür. Mənim çiynlərim bu yükü daşımaqdan yorulub".

Xalq artisti küsülü olduğu həmkarlarından da söz açıb: "20 il keçib heç kim çağırışıma cavab vermədi. Dedim ki, qucağımı açıram, heç bir şərtsiz gəlin, barışaq. Kim gəldi? Heç kim. Bir Aygün Kazımova ilə barışdıq. "Niyə barışıq əli uzadım? Küsməyə, münasibətlərin pozulmasına səbəbi mən verməmişəm. Biri öz eqosuna, yekəbaşlığına qurban getdi. Birini toya sürpriz qonaq kimi çağırmışdılar, mən proqramda var idim. Qayıtdı ki, yox ey, qardaş, puldur. Mən də dedim ki, sən 12 illik dostluğu yarım saatlıq pula dəyişirsən? Axırda Faiq Ağayev oxudu və o, pulsuz evə getdi.

Digəri, təzə münasibət qururdu, istəmədi onu gələcək həyat yoldaşının yanında öpüm. Halbuki biz gündə öpüşürdük, Bu isə həyat yoldaşı üçün belə bir tablo yaradıb ki, toxunulmazdır. Biri də ad günündə idim, hamı başıma yığışmışdı. Gəldi, dönüb salamlaşdım. Bir də baxdım yoxdur, soruşuram hardadır? Dedilər, küsdü ki, Faiq Ağayev mənə hörmətsizlik etdi. Nə etməli idim? Gedib ayaqqabısını soyundurub ayaqlarını ovxalamalı idim?

Mənim günahım nədir onlarla barışım, “lox”am? Alnıma  “lox”luq yazılmayıb ki... Onların alnına "lox”luq yazılıb. İndi getsinlər güzgünün qabağında oturub olan-olmayan qeyrət papaqlarını qabaqlarına qoyub fikirləşsinlər ki, mən nə qələt eləmişəm ki, bu adam mənimlə danışmır".

Sevda Bayramova