“Allah özünüzü məhv etsin” — Əməkdar artistdən - SƏRT AÇIQLAMA
Şou
Əməkdar artist İlkin Əhmədov bayağı ifaçıları sərt tənqid edib.
Bu barədə o, “Rəngarəng” verilişində danışıb.
“Qulağa xoş gəlməyən o qədər mahnılar, biədəb danışıqlar, efirə uyğun olmayan söz-söhbətlər var. Həm oxumaqları, həm danışıqları, həm də geyimləri bir şey deyil. Buna görə, dedim ki, onları “baltalayacağam”. Məcazi mənada. Mənbəyi-mənşəyi, ritmi bilinməyən, sözləri məntiqə uyğun olmayan mahnılar bizə lazım deyil. Musiqini məhv edən insanlara o qədər sözüm var ki...
Bir onu deyə bilərəm ki, bizim ciddi, təmiz musiqimizi, incəsənətimizi, mədəniyyətimizi məhv etmək fikriniz varsa, Allah özünüzü məhv etsin”. /demokrat.az