Azərbaycanlı müğənni seriala çəkilir - VİDEO

Azərbaycanlı müğənni seriala çəkilir - VİDEO Şou
Azərbaycanlı müğənni Ruslan Alişan aktyor kimi fəaliyyətə başlayıb.

News24.az
xəbər verir ki, müğənni dramaturq Cəfər Cabbarlının "Solğun çiçəklər" pyesinin motivləri əsasında çəkilən və İTV-də yayımlanan serialda Pənah obrazını canlandırır.

İlk dəfə aktyor kimi özünü sınayan R. Alişan həm də serialın sound track-inin ifaçısıdır. Sound track-in musiqisi Tofiq Hacıyevə məxsusdur.