"Bilmirəm, bəlkə mən qocaldım"
Şou
“Mənim sənətimin zirvəsi qarşıdadır. Hər şey qabaqdadır. Mən sənətimin ən pik mahnısını hələ oxumamışam”.
News24.az xəbər verir ki, bu sözləri “Pərvizə görə”də müğənni Samir Bağırov deyib.
O bildirib ki, ulduz olunmur, ulduz doğulur:
“Hər şey özü-özünə belə alındı. Məncə, ulduz olmaq mümkün deyil, ulduz doğulmalıdır. Onlar seçilmiş insanlardır... Sənət adamları da... Şou-biznes adamlarını nəzərdə tutmuram. Sovet vaxtında oxuyanlar yoxlanılırdı, nəinki efirə çıxmaq. İndi təkcə tənbəllər oxumurlar. Bu, nədir? Mən görürəm, baxıram, hamını tanımıram. Tanış sifətlər olanda sevinirəm. Bilmirəm, bəlkə mən qocaldım. Bu vəziyyət məni narahat etmir. Amma mübarizə aparılmalıdır. Xalqın zövqünü korlayırlar. Niyə əvvəl belə deyildi? Başqa cür idi. O vaxt mahnılarda ruh var idi, indi cansızdır.