“Onlara görə maskalanıb, dona girməyəcəyəm”

“Onlara görə maskalanıb, dona girməyəcəyəm” Şou

“Yaşım 50-ni keçib. Mənim kiməsə özümü sübüt etməyə ehtiyacım yoxdur. Oxumağım da, səsim də nədirsə budur. Həyatım da, yaşayışım da bəllidir”.

News24.az OLAY-a istinadla yazır ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.

Sənətçi proqram vasitəsi ilə onu bəyənməyənlərə səslənib:

“Kiməsə xoş görünmək üçün heç nə edən deyiləm. Maskalanıb, dona girməyəcəyəm. Mənə nəyəmsə buyam. Məni bəyənən bəyənsin, bəyənməyən də bəyənməsin. Gedib onların qapısını döyüb demirəm ki, qurban olum məni bəyənin”.