Məhkəmə Özcan Deniz, Deniz Çakır və Burcu Özberklə bağlı qərar verdi

Məhkəmə Özcan Deniz, Deniz Çakır və Burcu Özberklə bağlı qərar verdi Şou

Türkiyədə məşhur simalara qarşı aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində saxlanılan şəxslərlə bağlı məhkəmənin qərarı bəlli olub.

News24.az xəbər verir ki, İstanbulda həyata keçirilən əməliyyat zamanı saxlanılan şübhəlilərin dindirilməsi və hüquqi prosedurlar yekunlaşıb.

Çıxarılan qərara əsasən, istintaqa cəlb olunanlardan Ceylan Kaya barəsində həbs qətimkan tədbiri seçilib.

Aralarında tanınmış müğənni Özcan Deniz, həmçinin məşhur aktrisalar Deniz Çakır və Burcu Özberkin də olduğu ümumilikdə 9 nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.