Məşhur aktrisa ölümdən döndü
Şou
Yeşilçamın usta aktrisası Hülya Koçyiğit Londonda ölümdən dönüb.
News24.az Sabah-a istinadən xəbər verir ki, Koçyiğit ötən aylarda getdiyi Londonda uğursuz qəza keçirib. Alış-veriş arabası ilə ticarət mərkəzində gəzərkən yan dönmək istəyən Koçyiğit qəfil yerə yıxılıb.
Koçyiğit kürəyi üstə yıxılaraq başını sürətlə yerə çırpıb. Yanında heç kimi olmayan Hülya Koçyiğitə ətrafdakılar kömək ediblər. Ayağa qalxa bilməyən aktrisa 2 saat təcili yardımın gəlməsini gözləyib.
77 yaşlı Koçyiğit, "Uzun müddət orada müdaxilə üçün gözlədim. Sağ olsunlar insanlar mənimlə birlikdə gözləyib kömək etməyə çalışdılar" deyib.
Günel Məlikzadə