Məşhur müğənninin toy büdcəsi dodaq uçuqlatdı
Şou
Məşhur müğənni Teylor Svift və onun amerikalı futbolçu nişanlısı Trevis Kels planlaşdırılan toyları üçün hazırlıqlara başlayıblar.
News24.az-ın məlumatına görə, cütlüyün yalnız mərasim keçiriləcək bağın bəzədilməsi üçün təxminən 1,2 milyon dollar büdcə ayırdığı bildirilir.
Avqustda nişanlanaraq gündəmə gələn Svift və Kelsin toyunun 3 gün 3 gecə davam edəcəyi deyilir. Mərasim məkanı kimi onların Rod-Aylenddə yerləşən, dəyəri 28 milyon dollar olan dənizkənarı malikanəsi seçilib. Məlumata görə, Svift evini tamamilə çiçəklərlə bəzədilmiş möhtəşəm bir məkana çevirmək niyyətindədir. Həm Svift, həm də Kels landşaft və dekorasiya işlərinə böyük büdcə ayırmağa hazırdırlar.
Toy hazırlıqlarında hər iki tərəfin anaları və cütlüyün yaxın dostu Selena Qomez də iştirak edir.