Qalmaqallı paylaşımın ardından barışıq – Blogerdən yeni açıqlama
Şou
Xəbər verdiyimiz kimi, bloger Cavid Süleymanlı aktyor Taleh Yüzbəyovun birgə işlədiyi Nicat Xəlilovla bağlı video paylaşaraq təhdidlə üzləşdiyini qeyd edib.
News24.az xəbər verir ki, məsələ ilə bağlı bloger növbəti dəfə paylaşım edib və yaranan gərginliyin aradan qaldırıldığını açıqlayıb.
Onun sözlərinə görə, qarşı tərəfin vəkili onunla əlaqə saxlayıb və məsələ qarşılıqlı razılıq əsasında həllini tapıb.
“Dostlar, az əvvəlki məsələni sülh yolu ilə həll etdik. Qarşı tərəfin vəkili mənimlə əlaqə saxladı və çox mədəni, savadlı bir vəkil idi. Sadəcə özüm istədim bu məsələ sülh yolu ilə həll olunsun. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”, – paylaşımda bildirilir.