Xəstəxanaya yerləşdirilən Özcan Dənizdən - XƏBƏR VAR
Şou
Məşhur müğənni Özcan Dəniz ailəsi ilə yaşadığı problemlərlə adından söz etdirməyə davam edir. Qardaşları ilə yaşadığı gərginlikdən sonra sosial şəbəkədə paylaşımlar edən Özcan Dəniz tək ailəsinin oğlu Kuzey və həyat yoldaşı Samar Dadgar olduğunu bildirib.
News24.az xəbər verir ki, ailəsinin ifadələrindən sonra Özcan Dənizin xəstəxanaya yerləşdirildiyi açıqlanıb.
İnfarkt keçirdiyi bildirilən məşhur sənətçinin səhhətinin vəziyyəti ilə bağlı ilk açıqlama da elə özündən gəlib. Özcan Dəniz sosial media hesabında səhhəti ilə bağlı məlumat verib:
"Əvvəla, narahat olan, zəng vuran, soruşan bütün dostlarıma təşəkkür edirəm. Səhər çəkiliş meydançasında ürəyim qıc oldu. Həkimin müdaxiləsi və əziz həyat yoldaşımın evdə qayğısı ilə hər şey düzəldi. Çox yaxşıyam, hər şey qaydasındadır".
Günel Məlikzadə