14 yaşlı qız nişanlandırılıb? - AÇIQLAMA

14 yaşlı qız nişanlandırılıb? - AÇIQLAMA Siyasət

Marneuli Bələdiyyəsinin Xutor-Lejbəddin kəndində 8-ci sinif şagirdinin nişanlanması ilə bağlı məlumat yayılıb.

News24.az xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Xanəli Qəhrəmanov yayılan məlumatları təkzib edib.

O bildirib ki, 8-ci sinif şagirdinin nişanlandırılması ilə bağlı yayılan məlumatlarlar həqiqəti əks-etdirmir: 

"Bizdəki məlumata görə, 8-ci sinif şagirdinin ailəsinə elçi gedilib, lakin ailə razı olmayıb. Üstəlik aidiyyatı qurumlara da məlumat veriblər".

Aynurə