17-ci əsrə aid çox qiymətli tac oğurlandı - FOTO

17-ci əsrə aid çox qiymətli tac oğurlandı - FOTO Siyasət

İsveçin Strangas şəhərinin mərkəzində yerləşən müzeydən oğurluq olub. 

News24.az xəbər verir ki, oğurlanan əşyanın son dərəcə qiymətli olduğu bildirilib. Söhbət 17-ci əsrdə hazırlanmış, kral ailəsinə məxsus tacdan gedir. Polis tac və onun yanında yer alan əsaları oğurlayanların izinə düşsə də, hələ də tapa bilməyiblər. 

Tac 17-ci əsrdə İsveç Kralı IV Karlın həyat yoldaşı Kraliça Kristinaya məxsus olub.

Tacın tapılması üçün ölkə səviyyəsində xüsusi araşdırmalar başladıb.

Elvin Nüsrətoğlu

17-ci əsrə aid çox qiymətli tac oğurlandı - FOTO