Ərdoğan, Əliyev, Putin, Paşinyan görüşü nə vaxt olacaq?

Ərdoğan, Əliyev, Putin, Paşinyan görüşü nə vaxt olacaq? Siyasət

Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan liderlərinin görüşünün tarixi və yeri barədə konkret məlumat yoxdur. 

News24.az xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə prezidentinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

“Görüşün tarixi və yeri ilə bağlı konkret məlumat yoxdur. Hələlik məsələ təklif səviyyəsində qalır”, - deyə agentliyin həmsöhbəti bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti BMT Baş Assambleyasına yola düşməzdən əvvəl keçirdiyi brifinqdə Dağlıq Qarabağ məsələsi ilə bağlı dördtərəfli görüş keçirmək niyyətində olduğunu bildirmişdi. 

Qumral