Ərdoğan Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən - DANIŞDI

Ərdoğan Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən - DANIŞDI Siyasət

 "Azərbaycanın Qarabağda separatçı erməni qüvvələrinə qarşı başlatdığı antiterror əməliyyatı 24 saatdan az  müddətdə uğurla başa çatıb".

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının ümumi müzakirələrində iştirak etmək üçün ABŞ-də səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan geri dönərkən türk jurnalistlərin suallarına cavabında bildirib.

“Bu, qismən Qarabağda talançı erməni komandası ilə bağlı məsələdir. Onların “prezident seçkiləri”ni özünəməxsus şəkildə keçirmək cəhdi həm Ermənistanın baş naziri Nikol Paşinyanı, həm də Azərbaycanı ciddi narahat edib. Çünki Azərbaycan bu hadisəyə “hələ də davam edən bir prosesi alovlandırırlar” kimi baxırdı. Bu arada, təbii ki, qardaşlarımızın şəhid olması hadisəni çox fərqli səviyyəyə yüksəltdi.

Xəbərdarlıqlar edilsə də, bütün bu xəbərdarlıqlara baxmayaraq, prosesi davam etdirdilər. Hadisə belə davam etdiyi üçün də, Azərbaycan müvafiq addım atdı. Və daha da gecikmədən orada əməliyyatlarını yekunlaşdırdılar. Antiterror tədbirləri bitdikdən sonra mənə dedilər ki, 90-a yaxın vacib nöqtə məhv edilib. Yəni 90 mövqe vurulmaqla artıq tədbirlər bitib” - o qeyd edib.