Ərdoğan və Netanyahu bu barədə - RAZILIĞA GƏLDİLƏR
Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Binyamin Netanyahu ilə qarşılıqlı səfər barədə razılaşdığını bildirib.
News24.az xəbər verir ki, Türkiyə lideri bunu Nyu-Yorkda Türkiyə jurnalistlərə müsahibəsində deyib.
"Biz danışmışdıq, o vaxt xəstəliyə görə gələ bilməmişdi. Amma indi ona dedim ki, sən bu səfəri gerçəkləşdir, sonra da mən komandamla İsrailə səfər edəcəm. Ona görə də razılaşdıq" , - Ərdoğan qeyd edib.
"Biz razılığa gəldik ki, ilkin olaraq ümumi ticarət həcmimizi 9,5 milyard dollardan ən azı 15 milyard dollara çatdıraq" - o əlavə edib.
Günəş Mərd